












Xalçaların yuyulması ən son yenilikləri özündə cəmləşdirən avadanlıqlar və illərin təcrübəsinə dayanan peşəkar komanda tərəfindən həyata keçirilir. Xalçaların yuyulması zamanı orqanik (bioloji) tərkibli şampunlardan istifadə edilir.
Fabrikə daxil olan xalçalar ilkin mərhələdə tozdan təmizlənməsi üçün toz dolabına yerləşdirildikdən sonra növbəti mərhələdə çirklilik dərəcəsindən asılı olaraq hovuzlarda isladılır. Çirk və ləkələr yumşaldıqdan sonra isə xalçalar artıq komputer sistemi ilə tənzimlənən makinalara salınır. Bu makinalarda xalçalar dərinləməsinə firçalanma vasitəsi ilə bol su və ləkə çıxarıcı –yuyucu vasitələrdən istifadə edilərək yuyulur.
Xüsusu qurutma otaqlarında havalandırma sistemi ilə qurudulan xalçalarınız son mərhələdə tam quruma və təmizlik yoxlanışından keçdikdən sonra daraqlanaraq ətirlənmə və paketlənmə otağına ötürülür. Bütün bu təmizlik əməliyyatlarından keçən xalçalar sonda peşəkar servis heyəti ilə sizlərə çatdırılır.
Birinci mərhələdən başlayaraq sonuncu addıma qədər davam edən bu proseslər sizin sadəcə bir neçə gününüzü alır, əvəzində isə evinizə gözəl abu-hava, təmizlik və rahatlıq bəxş edir. Xalça dəyərdir. Xalça xatirələrimizdir. Onu peşəkarlara əmanət edin
"Pak Xalça" təmizlik şirkəti olaraq sizlərə yüksək səviyyədə pərdə yuma xidmətini təklif edirik! "Pərdə yuma" xidmətimiz pərdələrinizin yerindən sökülməsi, yuyulub, ütülənib və ünvana pulsuz çatdırılaraq yenidən yerinə asılması ilə başa çatır.
Yuma prosesi zamanı pərdələrin hər biri növlərinə görə ayrılır və hər birinə xüsusi yuma tətbiq olunur. Pərdələrin yuyulması xüsusi makinalarda özəl və materiala uyğun seçilmiş yuyucu vasitələrlə aparılır. Pərdələrinizin keyfiyyətinin və görüntüsünün korlanmamasına təminat veririk.
Çirklənmiş və ya ləkə düşmüş yumşaq mebellər (divan,kreslo,pufik,oturacaq stullar) xanımların kabusudur. Amma narahat olmağa dəyməz. Çünki istər ev, istərsə də idarə və ofislərdə yumşaq mebelləriniz elə yerindəcə təmizlənəcəkdir.
Yumşaq mebellər İtaliya istehsalı Karcher aparatı vasitəsi ilə sulu sistem olan Exrajtion sistemindən istifadə edilərək təmizlənir. Bir neçə funksiyanı özündə birləşdirən bu aparat ilə divan və kreslolarınız ilk öncə güclü vakum aparat ilə tozdan təmizlənir, tozdan təmizlənmiş divan və kreslo isladılır, materialına, çirklilik dərəcəsinə uyğun seçilmiş maye vasitəsi ilə isə firçalanır.
Fırçalanma prosesi nəticəsində çirk və ləkələr aradan qaldırılır. Sonra parçada qalan şampun güclü sorucu başlıqla aparata çəkilir və ardıyca durulama əməliyyatı həyata keçirilir. Bütün bu proses 1-2 saat ərzində həyata keçirilir. Gün ərzində istifadə edilməzsə normal otaq tempraturunda tam quru halını alır.
Eyni zamanda matrasların da yerindəcə, xüsusi aparatlar vasitəsi ilə həm tozdan, həm də çirk və ləkələrdən təmizlənməsi xidmətini həyata keçiririk. Təmizlik su və anti-bakterial tərkibli yuyucu vasitələrlə aparılır və sadəcə yarım saat vaxtınızı alır.
Təmizlik hər zaman önəmlidir. Elə indi zəng edərək xidmətlərimizdən istifadə edə bilərsiniz. Peşəkar komandamızla xidmətinizdəyik!
Yun yorğan döşəklər bədənlə daha çox təmasda olduğu üçün ən azından ildə bir dəfə dərinləməsinə təmizlənməsi vacibdir.
Ancaq ev şəraitində, xüsüsən də bina evlərində bu təmizliyi həyata keçirtmək qeyri-mümkündür. Bu səbəbdən də bu işi bizə həvalə edin. Həm vaxtınıza qənaət etmiş olar, həm də keyfiyyətli təmizlik əldə edərsiniz. Havanın isti və ya soyuq olmasından asılı olmayaraq, istənilən fəsildə yun yorğan və döşəklərinizin tam gigiyenik bir ortamda yuyulub, qurudulub, çırpılıb, didilib və peşəkar xanımlar tərəfindən sırınması xidmətini sizə təklif edirik.
Gecələriniz daha rahat, yuxularınız daha şirin olsun.
Oğlum iməkləməyə başlayır deyə xalça üçün orqanik yuma axtarırdım. Xalçanın rəngi solmuşdu verəndə. İndi eləbil təzə almışıq.
Pərdələri, ədyalları, xalçaları yalnız Pak Xalçaya verirəm. Bir tək onlara güvənə bilirəm.
Pərdələri və xalçaları Pak Xalçada yuduzdururam illərdir.
Xalçalarımı 10 ildən artıqdır ki, Pak Xalçaya verirəm. Hər dəfə yeni kimi olur
Sifariş üçün
Email göndər