-
-
Zəng edin
-
Azərbaycan, Bakı, Xətai, Mingəçevir küç.40
Xalça Yuma Xidməti
Xalçaların təmizliyi evimizin rahatlığı və sağlamlığımız üçün vacib rol oynayır. Lakin xalçalar zamanla toz, ləkə və müxtəlif bakteriyaların toplanması nəticəsində həm görünüşünü, həm də gigiyenikliyini itirir. Məhz bu səbəbdən xalçaların peşəkar yuyulması vacibdir.
Pak Xalça olaraq xalçaların yuyulmasını ən son texnologiyalara malik, avtomatlaşdırılmış avadanlıqlar və illərin təcrübəsinə əsaslanan peşəkar komanda ilə həyata keçiririk. Ənənəvi, məişət şəraitində istifadə edilən yuma üsullarından fərqli olaraq, bizim avadanlıqlar xalçaları dərin təmizləyir, rənglərini solmadan və toxumasını zədələmədən ilk günkü təravətinə qaytarır.
Yuma prosesi bir neçə mərhələdən ibarətdir:
🔹 Tozdan təmizləmə
🔹 Ləkələrdən təmizlənmə
🔹 Avtomatik yuma
🔹 Sıxılma və qurutma
🔹 Ətirləmə və qablaşdırma
Xidmətlərimiz bütün növ xalçaları əhatə edir. Hər növ xalçanın material və quruluşuna uyğun olaraq fərdi yanaşma tətbiq olunur.
Pak Xalça – Professional Təmizlik!
Evinizin və ofisinizin estetik görüntüsündə pərdələr önəmli rol oynayır. Zamanla toz, qoxu və ləkələrlə çirklənən pərdələrin təmizliyi isə xüsusi diqqət və peşəkarlıq tələb edir. Pak Xalça olaraq, pərdələrinizi yerindən söküb, peşəkar şəkildə yuyur, ütüləyib, yenidən quraşdırırıq.
Təmizlik zamanı pərdə materialına uyğun yuyucu vasitələr və avadanlıqlardan istifadə olunur. Beləliklə, həm pərdənin ömrü uzanır, həm də ilk günkü təravətini qoruyur.
Çirklənmiş və ya ləkələnmiş divan, kreslo, pufik oturacaq stul və matraslar artıq problem deyil! Pak Xalça peşəkar komandası ilə yumşaq mebellərinizi elə yerindəcə, müasir avadanlıqla və antibakterial vasitələrlə təmizləyir.
İtaliya istehsalı Karcher Extration sistemi ilə mebellər əvvəlcə vakumla tozdan təmizlənir, daha sonra materiala uyğun maye vasitələrlə fırçalanaraq ləkələr çıxarılır. Prosesin sonunda parçada qalan şampun və çirk güclü sorucu ilə çəkilir və durulama aparılır. Təmizlik orta hesabla 1-2 saat çəkir və otaq temperaturunda qısa müddətdə quruyur.
Eyni zamanda matrasların da yerindəcə təmizlənməsi həyata keçirilir – həm tozdan, həm də çirklərdən azad olunur. Qısa müddət də tam fərqli təmizlik hissi yaşayın!
Yun yorğan və döşəklər bədənlə daha çox təmasda olduğu üçün ən azı ildə bir dəfə dərin təmizliyə ehtiyac duyur. Lakin ev şəraitində, xüsusilə də bina evlərində bu prosesi düzgün şəkildə həyata keçirmək demək olar ki, mümkün deyil.
Pak Xalça bu sahədə sizə peşəkar xidmət təklif edir: yun yorğan və döşəklər xüsusi şəraitdə yuyulur, qurudulur, çırpılır, didilir və sonda peşəkar xanımlar tərəfindən sırınaraq yenidən istifadə üçün hazır vəziyyətə gətirilir.
Havanın isti və ya soyuq olmasından asılı olmayaraq, biz bu prosesi ilboyu keyfiyyətli şəkildə həyata keçiririk. Beləliklə, həm vaxtınıza qənaət edir, həm də tam gigiyenik, rahat və sağlam yuxu üçün şərait yaradırıq.
Gecələriniz daha rahat, yuxularınız daha şirin olsun.
Xalçalarınızın kənarlarında didilmə və ya zədələnmə yaranarsa, onları peşəkar şəkildə bərpa edirik. İlk olaraq, xalçanızın materialı və rəngi diqqətlə incələnir. Daha sonra didilmiş və qopmuş iplər kəsilərək, overlok maşını ilə kənarları eyni rəngdə və sıx toxunur. Bu proses xalçanızın həm görünüşünü bərpa edir, həm də onun ömrünü uzadır. Overlok hissə ütülənərək tam təmiz və hazır vəziyyətdə sizə təqdim olunur. Beləliklə, xalçalarınız uzun müddət ilk günkü kimi gözəl qalır.
Sintefon və tük yastıqlarınız peşəkar komandamız tərəfindən ünvandan götürülərək fabrik şəraitində xüsusi texnologiyalarla təmizlənir. İstəyinizə uyğun olaraq həm quru, həm də sulu yuma xidmətləri təqdim olunur. Bu proses yastıqların dərinliyinə qədər təmizlənməsini təmin edir, toz, bakteriya və mikroorqanizmlərin aradan qaldırılmasına kömək edir. Nəticədə yastıqlarınız həm təmiz, həm də gigiyenik vəziyyətdə geri qaytarılır..
Orqanik yumanın ən vacib cəhəti sağlam həyat tərzini dəstəkləməsi, bizi və ailə üzvlərimizi xəstəliklərdən, xüsusən də kanserogen və allergik təsirlərdən qorumasıdır.
Pak Xalça şirkəti təmizlik xidmətlərində ISO sertifikatlı, tam təbii tərkibli yuyucu vasitələrdən istifadə edir.
Orqanik-ekoloji yuma nədir?
Orqanik-ekoloji yuma tam təbii yuyucu vasitələrdən istifadə edilən xalça yuma xidmətidir. İstifadə etdiyimiz vasitələr tamamilə orqanik və ekolojidir. Bu xidmət əsasən allergiyası olan şəxslər, uşaqlı ailələr, hamilə qadınlar və yaşlı insanlar üçün sağlamlıq baxımından daha təhlükəsiz və uyğundur.
Bu xidmət aşağıdakı xalçalar üçün ideal seçimdir:
Orqanik-ekoloji yuma zamanı xalçalarınız standart yuma ilə müqayisədə 2 dəfə yuyulur. Tərkibində yalnız təbii maddələr olduğundan xalçalarınızın rənginə və ipliklərinə heç bir zərər vermir.
Matraslarınız peşəkar komandamız tərəfindən ən son texnologiyalı avadanlıqlarla yerindəcə təmizlənir. Ortopedik və digər növ matraslar ünvandan çıxarılmadan sulu yuma texnologiyası ilə, xüsusi vakuum aparatları və antibakterial yuyucu vasitələrlə yuyulur. Bu üsul matrasın dərinliyinə qədər təmizlənməsini təmin edir və həm ləkələrin, həm də toz, mikroorqanizm və bakteriyaların aradan qaldırılmasına kömək edir.
Təmizlik prosesi zamanı matraslar 80% qədər aparat vasitəsilə qurutulur, qalan nəmlik isə gün ərzində otaq temperaturunda tam quruyur. Bu sayədə matraslarınız həm təmiz, həm də sağlam istifadə üçün hazır olur. Hərtərəfli yuyulma və dezinfeksiya prosesi sayəsində matraslarınız uzun müddət gigiyenik qalır və evinizdəki sağlam mühiti qoruyur.
Sintefon yorğan, döşək, ədyal, pled və pokrıval kimi yataq dəstlərinin gigiyenik şəkildə təmizlənməsi sağlamlıq və rahatlıq baxımından olduqca önəmlidir. Bu xidmət çərçivəsində bütün yataq dəstləriniz peşəkar heyət tərəfindən ünvanınızdan götürülür, xüsusi yuma texnologiyası ilə kodlaşdırılaraq ayrılıqda emal edilir. Hər müştəriyə fərdi yanaşma tətbiq olunur. Yataq dəstləri materialına uyğun seçilmiş vasitələrlə yuyulur, qurudulur, ətirləndirilir və səliqəli şəkildə paketlənərək təmiz və istifadəyə hazır formada geri qaytarılır. Bu xidmətlə həm vaxtınıza qənaət edəcək, həm də yataq dəstlərinizin uzunömürlü və gigiyenik qalmasına nail olacaqsınız.
Kovrolitləri yerində yuma xidmətimiz təkcə xalçanıza deyil, eyni zamanda ofisinizə də təmizlik və təravət bəxş edir.
Oğlum iməkləməyə başlayır deyə xalça üçün orqanik yuma axtarırdım. Xalçanın rəngi solmuşdu verəndə. İndi eləbil təzə almışıq.
Pərdələri, ədyalları, xalçaları yalnız Pak Xalçaya verirəm. Bir tək onlara güvənə bilirəm.
Pərdələri və xalçaları Pak Xalçada yuduzdururam illərdir.
Xalçalarımı 10 ildən artıqdır ki, Pak Xalçaya verirəm. Hər dəfə yeni kimi olur
Zəng edin
Email göndər