Ən son yuma texnologiyası və 17 illik təcrübəmizlə xidmətinizdəyik!

Xanımlar üçün faydalı məsləhətlər

Xanımlar üçün faydalı məsləhətlər

Xalçanızın daha uzun müddət gözəlliyini və dayanıqlılığını qorumasını istəyirsinizsə aşağıdakıları diqqətlə oxuyub tətbiq edin.


1 - Ağır əşyaların altında qalan xalça ipliklərinin əzilməsi vəziyyətində bu bölgədəki xalça iplikləri əvvəl fırçalamalı daha sonra elektrik süpürgəsi ilə süpürülməlidir.
2 - Xalça üzərində yığılan tozların xalça iplikləri arasına və döşəməyə yerləşməsinə mane olmaq üçün elektrik süpürgəsi ilə müəyyən aralıqda süpürülərək baxım göstərilməlidir.
3 - Süpürmə əməliyyatı elektrik süpürgəsi ilə xalçanın ipliklərinin süpürmə istiqamətində və yavaş hərəkətlərlə edilməlidir. Xalça təmizlik vaxtı çırpma kimi sərt zərbələrə məruz qalmamalıdır.
4 - Xalça təmizlənərkən çox miqdarda su və şampun istifadəsindən qaçınılmalıdır.
5 - Xalça qətiliklə yuyulmamalıdır, şampun ilə təmizləndikdən sonra su ilə silinməli və təcili olaraq qurudulmalıdır.
6 - Xalça üzərinə tökülən ləkə,təmizləyici bir maddə ilə və doğru müdaxilə edilməsi vəziyyətində təmizlənə bilər.
7 - Ləkə əvvəlcə elektrik süpürgəsi ilə əmilməli və daha sonra az miqdarda su və xalça şampunu ilə süpürmə istiqamətində ediləcək hərəkətlərlə təmizlənməli, təmizləmə əməliyyatından sonra qalan nəm elektrik süpürgəsi ilə və ya nəm əmici bir bez ya da bənzər bir vəsait ilə( kağız dəsmal vs.) tamponlanaraq alınmalıdır.
8 - Ləkə çıxarma əməliyyatı, ləkə çıxarmada istifadə ediləcək kimyəvi bir maddə ilə əvvəlcə xalçanın görünməyən bir yerində sınanmalıdır.
9 - Təmizləmə əməliyyatının edildiyi bölgədə olan xalça iplikləri, dik dayanacaq şəkildə fırça ilə daranmalıdır.
10 - Xalça, soba və bənzəri istilik cihazlarından uzaq tutulmalıdır.
11 - Birbaşa olaraq gələn günəş işığı xalçaya zərər verəcəyindən xalça belə bir mühitdə uzun müddət buraxılmamalıdır.
12 - Daşıma əsnasında xalçanın islanmasına, sərt, iti və kəsici cisimlərin xalçaya zərər verməsinə imkan verilməməlidir.

0 şərh

Şərh yaz