-
-
Sifariş üçün
-
Azərbaycan, Bakı, Xətai, Mingəçevir küç.40
Mobil telefonların, fotoaparatların olmadığı bir dövr düşünün. Tarixi hadisələri, itirmək istəmədiyimiz, bəlkədə gələcəyə ötürmək istədiyimiz səhnələri necə arxivləşdirə və ya bir nəsnə üzərinə köçürə bilərdik. Bəli. Xalçalarla. Sujetli və ya mövzulu adlandırılan bu xalçaları digərlərindən fərqləndirən də məhz bu idi. Təbii ki, günümüzdə fotoxalça adlandırılan bu peşə əvvəllər bir avadanlığın görə biləcəyi qədər sadə iş deyildi. Təbii ki, dəyəri də müqayisə oluna bilməyəcək səviyyədə idi.
Süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və çox zəngin ənənələrə malikdir. Bizim torpaqlarda sujetli xalçalar tarixən ölkənin cənubunda, Təbriz şəhərimizdə toxunub. Təbrizdə süjetli xalçaların istehsalının çoxalması XVI yüzilliyə təsadüf edir. Elə Təbriz Miniatur məktəbinin inkişaf dövrü də məhz bu dövrə aiddir. Tərixi araşdırmalar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə yanaşı həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlayıblar Həmin rəssamlar eyni zamanda çox dəyərli, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaları fərqləndirən əsas amillərdən idi
Sujetli xalçalara o zamanlar həm də "Ovçuluq" xalçaları deyilirdi. Səbəbi isə sadə idi. Çünki bu tip xalçalara köçürülən əsas səhnələrin çox ov səhnələri idi. Ovçuluq xalçaları təkcə Cənubi Azərbaycanda deyil, həm də Şimali Azərbaycanın bir çox yerlərində toxunurdu. Xüsusilə də Şirvanda toxunan ovçuluq xalçaları. Bu xalçaları sadə və eyni zamanda canlılığı ilə bugünki rəsm tablolarını xatırladır.
Mövzu xalçadırsa Qarabağdan danışmamaq olmaz. Qarabağda toxunan ov mövzulu xalçaların da özünəməxsus xüsusiyyətləri mövcud idi. Bu xalçalarda üfüqi simmetrik kompozisiyalar bədii tərtibatın əsasını təşkil edirdi. Bu cür kompozisiyaların kökləri ulu keçmişlərdə müxtəlif materiallarda icra olunan ov səhnələri və süjetlərə aparıb çıxarırdı.
XIX yüzilliyin sonlarında Qarabağda – Şuşada xalçaçılıq sənətində yeni süjetlər meydana gəlməyə başladı. Belə xalçalara Atlı-itli, İtli-pişikli, Maral-ceyran adlı çeşnilər aiddir. Bu tipli çeşnilər Rusiyanın manufaktura məhsullarının təsiri altında yaranmışdılar. Bu xalçalarda, bir qayda olaraq, eyni səhnəcik və ya şəkil ritmik tərzdə bir neçə dəfə təkrar edilir. Bəlkə də oxşar nümunələrini nənə-babalarınızın qoruyub saxladığı qədim xalçalarda görə bilərsiniz.
Süjetli xalçaların xüsusi bir qrupunu Şərq ədəbiyyatının motivləri əsasında yaradılmış çeşnilər təşkil edir. Sənətkarlar belə xalçaların hazırlanmasında Nizami Gəncəvinin, Firdovsinin, Xaqani Şirvaninin əsərlərindən bəhrələnirdilər. Bu cür xalçaların əsas süjetləri Leyli və Məjnun, Xosrov və Şirin, Rüstəm və Söhrab, Fərhad kimi ədəbi qəhrəmanların obrazları ilə bağlıdır. Zərin qədrini zərgərlər bilirmiş deyə bilərik.
"Pak Xalça" olaraq bu dəfə sizə məhz sujetli xalçalar haqqında danışmaq istədik. Tez-tez fabrikimizə çox çox qədim tarixə dayanan xalçalar gəlir. Sujetli xalçalara da az rast gəlməmişik. Xalça öz ahəngiylə, naxışlarıyla insanı özünə çəkdikcə çəkir və ona sadəcə heyran olursunuz. Bizə görə xalça dəyəri, xalça naxışları gəlləcək nəsillərə mütləq ötürülməlidir. Məhz buna görə də növbəti yazılarımızı gözləyin :)
Sifariş üçün
Email göndər
0 Şərh