Ən son yuma texnologiyaları ilə 2005- ci ildən xidmətinizdəyik!

Şah I Təhmasibin məscidi təmir etmək üçün satdığı xalça

"Şeyx Səfi xalçası - Azərbaycanın qədim Təbriz xalçaçılıq məktəbinin şah əsəri.

XIX əsrdə tavanı uçulub dağılmış məscidi təmir etmək zərurəti I Təhmasibi xeyli düşündürürdü. Təmir üçün müəyyən vəsaitə ehtiyacı olan şah çıxış yolu olaraq məscidin yerinə döşənmiş çox dəyərli xalçanı satmaq qərarına gəlir. Həmin dövrdə İngiltərənin xalça ticarəti ilə məşğul olan "Vincent Robinson & Co." şirkətinə yüksək dəyər məbləğində xalçanı almaq qərarına gəlir. Şeyx Şəfi məscidinin adı verilən bu xalça 1892-ci ildə Londonda sözügedən ingilis şirkəti tərəfindən mərkəzi ticarət evində satışa çıxarılaraq o dövr üçün ən yüksək qiymət qoyulur.

Bundan sonra Viktoriya və Albert muzeyinin dizayneri Vilyam Morrisin təkidi ilə muzey rəhbərliyi xalçaya qoyulan qiyməti toplamaq üçün londonun yüksək təbəqəsinə müraciət edərək xalçanın İngiltərədə qalmasını xahiş edir. Qısa müddət ərzində, 1893-cü ildə lazım olan vəsait yığılır (2000 funt sterlinq) və Şeyx Səfi xalçası Viktoriya və Albert muzeyinin ən qiymətli tarixi eksponatlarından biri olur

Beləliklə eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindən biri hesab olunur. Xalçanın bəzəkləri xüsusi işlənmiş gül-çiçək rəsmlərindən ibarətdir. Ümumilikdə zəngin rəng çalarları möhtəşəm vəhdət təşkil edir. Xalçanın tam mərkəzində yerləşən böyük qönçə günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə günəş şüalarını əks etdirir.
Bu kompozisiyanın yuxarı və aşağı hissələrində bəzəkli, qırmızı və şəkəri rəngli gözəl bir qəndil təsviri vardır. Ətrafdakı saysız hesabsız əlvan naxışlar isə kainatdakı ulduzların rəmzidir

1 Şərh

Əminə

Salam xalcanin kvadrati neceye yuyulur

Şərh yaz

Pak Xalça
Pak Xalça
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
19:47
+994504946666
×
Sualınız var?