Ən son yuma texnologiyası və 17 illik təcrübəmizlə xidmətinizdəyik!

Sifariş üçün anketi doldurun

Çirklənmiş və ya ləkə düşmüş yumşaq mebellər (divan,kreslo,pufik,oturacaq stullar) xanımların kabusudur. Amma narahat olmağa dəyməz. Çünki istər ev, istərsə də idarə və ofislərdə yumşaq mebelləriniz elə yerindəcə təmizlənəcəkdir.

 

Yumşaq mebellər İtaliya istehsalı Karcher aparatı vasitəsi ilə sulu sistem olan Exrajtion sistemindən istifadə edilərək təmizlənir. Bir neçə funksiyanı özündə birləşdirən bu aparat ilə divan və kreslolarınız ilk öncə güclü vakum aparat ilə tozdan təmizlənir, tozdan təmizlənmiş divan və kreslo isladılır, materialına, çirklilik dərəcəsinə uyğun seçilmiş maye vasitəsi ilə isə firçalanır.

 

Fırçalanma prosesi nəticəsində çirk və ləkələr aradan qaldırılır. Sonra parçada qalan şampun güclü sorucu başlıqla aparata çəkilir və ardıyca durulama əməliyyatı həyata keçirilir. Bütün bu proses 1-2 saat ərzində həyata keçirilir. Gün ərzində istifadə edilməzsə normal otaq tempraturunda tam quru halını alır.

Eyni zamanda matrasların da yerindəcə, xüsusi aparatlar vasitəsi ilə həm tozdan, həm də çirk və ləkələrdən təmizlənməsi xidmətini həyata keçiririk. Təmizlik su və anti-bakterial tərkibli yuyucu vasitələrlə aparılır və sadəcə yarım saat vaxtınızı alır.

Təmizlik hər zaman önəmlidir. Elə indi zəng edərək xidmətlərimizdən istifadə edə bilərsiniz. Peşəkar komandamızla xidmətinizdəyik!

Sifariş üçün anketi doldurun

0 Şərh

Şərh yaz