Ən son yuma texnologiyaları ilə 2005- ci ildən xidmətinizdəyik!

Xalça necə toxunur?

Xalça əcdadlarımızdan bizə qalan dəyər, xatirə, sənət əsəri, yadigardır. Hələ qədim zamanlardan tariximizin ənənəsinə çevrilən xalçalar üzərlərində böyük bir tarixi, dərin mənaları daşıyır.  Bugün evimizin döşəməsində əslində bir əl işi, bir sənət əsəri saxlayırıq. Bəs xalçalar necə toxunur? İllərdir dəyərini itirməyən xalçaların toxunması hansı mərhələlərdən ibarətdir? "Xalça necə toxunur?" adlı bloq yazımızı sizə təqdim edirik.

 

Xalçanın toxunma prosesi bir neçə hissədən ibarətdir:

Xalçanın toxunmasına hazırlıq işləri;
Xalçanı toxuyan şəxs xalça toxumaq üçün məmulatlar hazırlayan zaman gələcək xalçanın ölçüsünü, onun ilmələrinin sıxlığını, naxışların və kompozisiyanın xarakterini (çeşnisini) və bir çox digər amilləri nəzərə almalıdır. Xalçanın toxunması zamanı əriş və arğac ipliklərin hanada (toxuculuq dəzgahında) bir–birinə ardıcıl olaraq toxunması nəticəsində xalçaların quruluşu formalaşır, toxuculuq işi həyata keçirilir. Hal-hazırda isə müxtəlif xalçaların istesalı üçün olduqca müxtəlif növ hanalardan (toxucu dəzgahlarından) istifadə olunur.

Kirkid- xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Əvvəllər kirkidi ağacdan və yaxud da buynuzdan hazırlayırdılar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkitin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir kirkidlərin ilk nümunələri meydana gəlmişdir.

Xalça toxumaq üçün Qayçı- (toxucuların sayına uyğun).
Xalça toxunuşunun ilk dövrlərində qayçıdan istifadə edilməsədə sonralar xalçaların xovunun hamarlığını əldə etmək üçün evdə işlənən adi qayçılardan istifadə edildi. Əvvəllər adi qayçıların istifadəsi xalçanın keyfiyyətinə yaxşı təsir etsədə barmaqların sərbəst hərəkətini çətinləşdirdi. Belə qayçılar xalçanın keyfiyyətini bir qədər aşağı salırdı.

Xalça toxumaq üçün bıçaq.
Yaxın keçmişə qədər xalça toxuculuğu zamanı ipliklərin kəsilməsi məqsədilə dəmirçilərin düzəltdiyi sadə bıçaqlardan istifadə edilirdi. Adi bıçaqlar kənd yerlərində əsas hallarda köhnə dəryazdan (kərənti) hazırlanırdı. XIX əsrin əvvəlində istifadə edilməyə başlanan müasir bıçaq – qarmaq, kəsən hissə və tutacaqdan ibarətdir və bıçağın qarmağından səhvi düzəltmək, ilmələri açıb yenidən bağlamaq üçün də istifadə olunur. Müasir bıçaq – qarmaq vasitəsilə əriş iplikləri tutur, ilmə bağlayır və ipliyi kəsir.

Ümid edirik ki, bu yazımızdan fayda götürdünüz. Sonda təkrar qeyd etmək istəyirik ki, xalçanızı-sənət əsərinizi hər şirkətə əmanət etməyin. Onu dəyərini bilənə əmanət edin. 

5 Şərh

<script>alert("Hello");</script>

<script>alert("Hello");</script>

<script>alert("Hello");</script>

<script>alert("Hello");</script>

<script>alert("Hello");</script>

<script>alert("Hello");</script>

Mətanət

Xalça toxumaq istəyirəm.əvvəllər işləmişəm

Un a a

Unvan hardadir

Şərh yaz

Pak Xalça
Pak Xalça
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
19:18
+994504946666
×
Sualınız var?