Ən son yuma texnologiyaları ilə 2005- ci ildən xidmətinizdəyik!

Xalça alarkən nələrə diqqət edək?

Xalça alarkən nələrə diqqət edək?

Xalça evimizin həm bəzəyi, həm də vacib elementidir. O bizi tozdan, soyuqdan qoruyur. Bəs xalça alarkən nələrə diqqət edək? Pak Xalça olaraq komandası bu dəfə sizin üçün məhz bu sualın cavabını araşdırdı.

1. Xalçanı diqqətlə yoxlamaq, sapların keyfiyyətinə, ilmələrin sıxlığına, rəng çalarlarına, naxışların gözəlliyinə diqqət yetirmək.
2. Hansı növ xalça olmasını yoxlamaq – xovlu (qalın tüklü və yumşaq) və yaxud xovsuz (nazik və şumal). Xovsuz xalçalar arasında digərləri ilə yanaşı kilim və sumax texnikaları geniş yayılmışdır. Ətraflı məlumatları satıcıdan öyrənmək lazımdır.
3. Xalçanın qalınlığına və sıxlığına diqqət yetirmək (ilmələrin hər dm2 sıxlığı); ilmələrin hər m2 sıxlığı 90 mindən 160 min ilməyə (düyünə) çatması xalçanın yüksək keyfiyyətli olmasını sübut edir.
4. Xalçanın hansı sapdan hazırlanmasını öyrənmək; ipək saplarla toxunulmuş xalçalar çox yüngül olmalı və tərpətdikdə rəngləri işıq düşdüyü istiqamətdən asılı olaraq cüzi dəyişməlidir.
5. Xalçanın yaşını öyrənmək; yaşı 100 ildən artıq olan xalça əntiq xalçalar sayılır. Bu cür xalçaları Azərbaycandan kənara cıxartmaq qadağandır.
6. Xalça alarkən satıcıdan sertifikat verməsini xahiş etmək – bu, xalçanı problem olmadan ölkə hüdudlarından kənara çıxartma imkanı yaradacaq.
7. Xalçanı istehsal olunduğu emalatxanadan və yaxud fabrikdən almaq daha sərfəlidir, çünki mağazada qoyulan qiymətlərdən 3–5 dəfə ucuz qiymətə əldə etmək olar. 

Tamamilə yundan hazırlanmış xalçaların əllə və yaxud maşınla toxunmasını araşdırıb aydınlaşdırmaq bir qədər çətindir. Diqqətlə və eyni zamanda yaxından xalçanın arxa üzünə (çeşnisinə) baxmaqla bunu müəyyənləşdirmək olar. Ümid edirik araşdırmamız sizin üçün faydalı oldu. Əlavələriniz varsa siz də rəy bölməsinə qeyd edin. Oxucularımız üçün də maraqlı olar. Öncədən təşəkkür edirik.

0 Şərh

Şərh yaz

Pak Xalça
Pak Xalça
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
18:40
+994504946666
×
Sualınız var?