Ən son yuma texnologiyaları ilə 2005- ci ildən xidmətinizdəyik!

Xalça yuma

Xalçaların təmizliyi evimizin rahatlığı və sağlamlığımız üçün vacibdir. Lakin xalçalar zamanla toz, ləkə və müxtəlif bakteriyaların toplanması nəticəsində həm görünüşünü, həm də gigiyenikliyini itirir. Məhz bu səbəbdən xalçaların peşəkar yuyulması vacibdir.

Pak Xalça olaraq xalçaların yuyulmasını ən son texnologiyalara malik, avtomatlaşdırılmış avadanlıqlar və illərin təcrübəsinə əsaslanan peşəkar komanda ilə həyata keçiririk. Ənənəvi, məişət şəraitində istifadə edilən yuma üsullarından fərqli olaraq, bizim avadanlıqlar xalçaları dərindən təmizləyir, rənglərini soldurmadan və toxumasını zədələmədən ilk günkü təravətinə qaytarır.

Xalça yuma prosesi bir neçə mərhələdən ibarətdir:
🔹 Tozdan
təmizləmə
🔹 Ləkələrdən təmizlənmə
🔹 Avtomatik yuma
🔹 Sıxılma və qurutma
🔹 Ətirləmə və paketlənmə

 

Xidmətlərimiz bütün növ xalçaları əhatə edir. Hər növ xalçanın material və quruluşuna uyğun olaraq fərdi yanaşma tətbiq olunur.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Pərdə yuma

Pərdə Yuma Xidməti


Evinizin və ofisinizin estetik görüntüsündə pərdələr önəmli rol oynayır. Zamanla toz, qoxu və ləkələrlə çirklənən pərdələrin yuyulması isə xüsusi diqqət və peşəkarlıq tələb edir. Pak Xalça olaraq, pərdələrinizi yerindən çıxarıb, peşəkar şəkildə yuyur, ütüləyib, yenidən quraşdırırıq.

Təmizlik zamanı pərdə materialına uyğun yuyucu vasitələr və avadanlıqlardan istifadə olunur. Beləliklə, həm pərdənin ömrü uzanır, həm də ilk günkü təravətini qoruyub saxlayır.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Yumşaq mebel yuma

Yumşaq Mebel Yuma Xidməti

 

Çirklənmiş və ya ləkələnmiş divan, kreslo, pufik oturacaq stul və matraslar artıq problem deyil! 

Pak Xalça peşəkar komandası ilə yumşaq mebellərinizi elə yerindəcə, müasir avadanlıqla və antibakterial vasitələrlə təmizləyir.

İtaliya istehsalı Karcher Extration avadanlığı ilə mebellər əvvəlcə vakumla tozdan təmizlənir, daha sonra materiala uyğun maye vasitələrlə fırçalanaraq ləkələr çıxarılır. Prosesin sonunda parçada qalan şampun və çirk güclü sovurucu ilə çəkilir və durulama aparılır. Təmizlik orta hesabla 1-2 saat çəkir və otaq temperaturunda qısa müddətdə quruyur.

Eyni zamanda matrasların da yerindəcə təmizlənməsi həyata keçirilir. Onlar həm tozdan, həm də çirklərdən azad olunur.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Yorğan-döşək yuma

Yun, Yorğan – Döşək Yuma Xidməti

Yorğan və döşəklər bədənlə daha çox təmasda olduğu üçün ən azı ildə bir dəfə dərin təmizliyə ehtiyac duyur. Lakin ev şəraitində, xüsusilə də bina evlərində bu prosesi düzgün şəkildə həyata keçirmək demək olar ki, mümkün deyil.

Pak Xalça bu sahədə sizə peşəkar xidmət təklif edir: yun yorğan və döşəklər xüsusi şəraitdə yuyulur, qurudulur, didilir, və sonda peşəkar xanımlar tərəfindən sırınaraq yenidən istifadə üçün hazır vəziyyətə gətirilir.

Havanın isti və ya soyuq olmasından asılı olmayaraq, biz bu prosesi ilboyu keyfiyyətli şəkildə həyata keçiririk. Beləliklə, həm vaxtınıza qənaət edir, həm də tam gigiyenik, rahat və sağlam yuxu üçün şərait yaradırıq.

 

Gecələriniz daha rahat, yuxularınız daha şirin olsun.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Xalça bərpası (overlok)

Xalça Bərpası (overlok) Xidməti

 

Xalçalarınızın kənarlarında didilmə və ya zədələnmə yaranarsa, onları peşəkar şəkildə bərpa edirik. İlk olaraq, xalçanızın materialı və rəngi diqqətlə incələnir. Daha sonra didilmiş və qopmuş iplər kəsilərək, overlok maşını ilə kənarları eyni rəngdə və sıx toxunur. Bu proses xalçanızın həm görünüşünü bərpa edir, həm də onun ömrünü uzadır. Overlok hissə ütülənərək tam təmiz və hazır vəziyyətdə sizə təqdim olunur. Beləliklə, xalçalarınız uzun müddət ilk günkü kimi gözəl qalır.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Yastıq yuma

Yastıq Yuma Xidməti

 

Sintefon və tük yastıqlarınız peşəkar komandamız tərəfindən ünvandan götürülərək fabrik şəraitində xüsusi texnologiyalarla təmizlənir. İstəyinizə uyğun olaraq həm quru, həm də sulu yuma xidmətləri təqdim olunur. Bu proses yastıqların dərinliyinə qədər təmizlənməsini təmin edir, toz, bakteriya və mikroorqanizmlərin aradan qaldırılmasına kömək edir. Nəticədə yastıqlarınız həm təmiz, həm də gigiyenik vəziyyətdə geri qaytarılır.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Orqanik yuma

Orqanik Xalça Yuma Xidməti

 

Orqanik xalça yumanın ən vacib cəhəti sağlam həyat tərzini dəstəkləməsi, bizi və ailə üzvlərimizi xəstəliklərdən, xüsusən də kanserogen və allergik təsirlərdən qorumasıdır.
Orqanik-ekoloji yuma tam təbii yuyucu vasitələrdən istifadə edilən xalça yuma xidmətidir. İstifadə etdiyimiz vasitələr tamamilə orqanik və ekolojidir. Bu xidmət əsasən allergiyası olan şəxslər, uşaqlı ailələr, hamilə qadınlar və yaşlı insanlar üçün sağlamlıq baxımından daha təhlükəsiz və uyğundur.

 

Bu xidmət aşağıdakı xalçalar üçün ideal seçimdir:

•Uşaq otağı xalçaları;
•Mətbəx xalçaları;
•İpək və ipək tərkibli xalçalar;
•Əl ilə toxunma xalçalar;
•Viskon və bambu xalçalar;
•Premium xalçalar.

 

Orqanik-ekoloji yuma zamanı xalçalarınız standart yuma ilə müqayisədə 2 dəfə yuyulur. Yuyucu vasitənin tərkibində yalnız təbii maddələr olduğundan xalçalarınızın rənginə və ipliklərinə heç bir zərər dəymir.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Matras yuma

Matras Yuma Xidməti

 

Matraslarınız peşəkar komandamız tərəfindən ən son texnologiyalı avadanlıqlarla yerindəcə təmizlənir. Ortopedik və digər növ matraslar ünvandan çıxarılmadan sulu yuma texnologiyası ilə, xüsusi vakuum aparatları və antibakterial yuyucu vasitələrlə yuyulur. Bu üsul matrasın dərinliyinə qədər təmizlənməsini təmin edir və ləkə, toz, mikroorqanizm və bakteriyaların aradan qaldırılmasına kömək edir.

Təmizlik prosesi zamanı matraslar 80% qədər aparat vasitəsilə qurudulur, qalan nəmlik isə gün ərzində otaq temperaturunda tam quruyur. Peşəkar yuma nəticəsində matraslarınız həm təmiz, həm də sağlam istifadə üçün hazır olur. Eyni zamanda dərin yuyulma və dezinfeksiya prosesi sayəsində matraslarınız uzun müddət gigiyenik qalır və evinizdəki sağlam mühit qorunur.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Odeyal, pled, örtük yuma

Odeyal, Pled və Örtük Yuma Xidməti

 

Sintefon yorğan, döşək, ədyal, pled və örtük kimi yataq ləvazimatlarının gigiyenik şəkildə yuyulması sağlamlıq və rahatlıq baxımından olduqca vacibdir. Xidmət çərçivəsində bütün yataq dəstləriniz peşəkar personal tərəfindən ünvanınızdan təhvil alınır, xüsusi yuma texnologiyası ilə kodlaşdırılaraq ayrılıqda yuyulur.

Hər müştəriyə fərdi yanaşma tətbiq edilir. Yataq dəstləri materialına uyğun, təhlükəsiz vasitələrlə yuyulur, qurudulur, ətirləndirilir və səliqəli şəkildə qablaşdırılaraq təmiz və istifadəyə hazır formada geri təhvil verilir.

Bu xidmət sayəsində həm vaxtınıza qənaət edir, həm də yataq dəstlərinizin uzunömürlü və gigiyenik qalmasını təmin edirsiniz.

 

Pak Xalça – Professional Təmizlik!

Ətraflı

Kovrolit yuma

Kovrolit Yuma Xidməti

 

Kovrolit mühitin təmizliyi, sağlamlığı və iş şəraitinin komfortu üçün mütəmadi şəkildə gigiyenik baxımdan təmizlənməlidir. Xüsusilə ofislərdə gündəlik insan axını və tozlanma səbəbilə kovrolitlərin üzərində kir, allergen və mikroorqanizmlər toplanır ki, bu da təkcə görüntüyə deyil, həm də əməkdaşların sağlamlığına mənfi təsir göstərir.

Bu xidmət çərçivəsində kovrolitlər yerində qiymətləndirilir, materialına uyğun seçilmiş yuma vasitələri və texnikası ilə dərin təmizlənir. Ləkələr və çirklər effektiv şəkildə aradan qaldırılır, səth tam olaraq yuyulur, qurudulur və səliqəli vəziyyətə gətirilir. Təmizlik zamanı təhlükəsiz və qoxusuz vasitələrdən istifadə olunur ki, bu da iş prosesinə mane olmadan gündəlik fəaliyyətin davam etməsinə imkan yaradır.

Xidmət nəticəsində kovrolitlər təravətli görünüşə qovuşur, daha uzunömürlü olur və ofisinizdə daha sağlam mühit təmin edilir. Həm gigiyenik səviyyə artır, həm də ümumi iş məkanının vizual estetikası qorunmuş olur.

 

Pak Xalça – Professional Təmizlik!

 

Ətraflı

Müştəri rəyləri

Pak Xalça
Pak Xalça
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
07:34
+994504946666
×
Sualınız var?