Ən son yuma texnologiyaları ilə 2005- ci ildən xidmətinizdəyik!

Xalçaların yuyulması

Xalçaların yuyulması ən son yenilikləri özündə cəmləşdirən avadanlıqlar və illərin təcrübəsinə dayanan peşəkar komanda tərəfindən həyata keçirilir. Xalçaların yuyulması zamanı antibakterial və orqanik (bioloji) tərkibli şampunlardan istifadə edilir.

 

Fabrikə daxil olan xalçalar ilkin mərhələdə tozdan təmizlənməsi üçün toz dolabına yerləşdirildikdən sonra növbəti mərhələdə çirklilik dərəcəsindən asılı olaraq hovuzlarda isladılır. Çirk və ləkələr yumşaldıqdan sonra isə xalçalar artıq kompüter sistemi ilə tənzimlənən makinalara salınır. Bu makinalarda xalçalar dərinləməsinə firçalanma vasitəsi ilə bol su və ləkə çıxarıcı - yuyucu vasitələrdən istifadə edilərək yuyulur.

Xüsusu qurutma otaqlarında havalandırma sistemi ilə qurudulan xalçalarınız son mərhələdə tam quruma və təmizlik yoxlanışından keçdikdən sonra daraqlanaraq ətirlənmə və paketlənmə otağına ötürülür. Bütün bu təmizlik əməliyyatlarından keçən xalçalar sonda peşəkar servis heyəti ilə sizlərə çatdırılır.

Birinci mərhələdən başlayaraq sonuncu addıma qədər davam edən bu proseslər sizin sadəcə bir neçə gününüzü alır, əvəzində isə evinizə gözəl abu-hava, təmizlik və rahatlıq bəxş edir. Xalça dəyərdir. Xalça xatirələrimizdir. Onu peşəkarlara əmanət edin . Həmişə təmizlikdə...

Ətraflı

Pərdələrin yuyulması

"Pak Xalça" təmizlik şirkəti olaraq sizlərə yüksək səviyyədə pərdə yuma xidmətini təklif edirik! "Pərdə yuma" xidmətimiz pərdələrinizin yerindən sökülməsi, yuyulub, ütülənib və ünvana pulsuz çatdırılaraq yenidən yerinə asılması ilə başa çatır.

 

Yuma prosesi zamanı pərdələrin hər biri növlərinə görə ayrılır və hər birinə xüsusi yuma tətbiq olunur. Pərdələrin yuyulması xüsusi makinalarda özəl və materiala uyğun seçilmiş yuyucu vasitələrlə aparılır. Pərdələrinizin keyfiyyətinin və görüntüsünün korlanmamasına təminat veririk.

Ətraflı

Yumşaq mebellərin yuyulması

Çirklənmiş və ya ləkə düşmüş yumşaq mebellər (divan,kreslo,pufik,oturacaq stullar) xanımların kabusudur. Amma narahat olmağa dəyməz. Çünki istər ev, istərsə də idarə və ofislərdə yumşaq mebelləriniz elə yerindəcə təmizlənəcəkdir.

 

Yumşaq mebellər İtaliya istehsalı Karcher aparatı vasitəsi ilə sulu sistem olan Exrajtion sistemindən istifadə edilərək təmizlənir. Bir neçə funksiyanı özündə birləşdirən bu aparat ilə divan və kreslolarınız ilk öncə güclü vakum aparat ilə tozdan təmizlənir, tozdan təmizlənmiş divan və kreslo isladılır, materialına, çirklilik dərəcəsinə uyğun seçilmiş maye vasitəsi ilə isə firçalanır.

 

Fırçalanma prosesi nəticəsində çirk və ləkələr aradan qaldırılır. Sonra parçada qalan şampun güclü sorucu başlıqla aparata çəkilir və ardıyca durulama əməliyyatı həyata keçirilir. Bütün bu proses 1-2 saat ərzində həyata keçirilir. Gün ərzində istifadə edilməzsə normal otaq tempraturunda tam quru halını alır.

Eyni zamanda matrasların da yerindəcə, xüsusi aparatlar vasitəsi ilə həm tozdan, həm də çirk və ləkələrdən təmizlənməsi xidmətini həyata keçiririk. Təmizlik su və anti-bakterial tərkibli yuyucu vasitələrlə aparılır və sadəcə yarım saat vaxtınızı alır.

Təmizlik hər zaman önəmlidir. Elə indi zəng edərək xidmətlərimizdən istifadə edə bilərsiniz. Peşəkar komandamızla xidmətinizdəyik!

Ətraflı

Yorğan-döşəklərin yuyulması

Yun yorğan döşəklər bədənlə daha çox təmasda olduğu üçün ən azından ildə bir dəfə dərinləməsinə təmizlənməsi vacibdir.

 

Ancaq ev şəraitində, xüsüsən də bina evlərində bu təmizliyi həyata keçirtmək qeyri-mümkündür. Bu səbəbdən də bu işi bizə həvalə edin. Həm vaxtınıza qənaət etmiş olar, həm də keyfiyyətli təmizlik əldə edərsiniz. Havanın isti və ya soyuq olmasından asılı olmayaraq, istənilən fəsildə yun yorğan və döşəklərinizin tam gigiyenik bir ortamda yuyulub, qurudulub, çırpılıb, didilib və peşəkar xanımlar tərəfindən  sırınması xidmətini sizə təklif edirik.

 

Gecələriniz daha rahat, yuxularınız daha şirin olsun.

Ətraflı

Xalçaların bərpası (overlok)

Overlok və ya bərpaya ehtiyacı olan xalçalarınız materialına, rənginə görə incələndikdən sonra didilmiş ipləri kəsilir. Overlok maşını ilə kənarlar eyni rəngdə və sıx şəkildə toxunduqdan sonra overlok hissə ütülənərək hazır şəkildə ünvanınıza göndərilir.

Ətraflı

Yastıqların yuyulması

Sintefon və tük yastıqlarınızı ünvandan götürüb fabrik şəraitində istəyə uyğun olaraq quru və sulu təmizliyini həyata keçiririk.

Ətraflı

Orqanik yuma

Bitkisəl yuma zamanı kimyəvi maddələrdən istifadə olunmur və yuma prosesi tam orqanik həyata keçirilir. Bu xidmətimizdən əsasən allergiyası olanlar, körpə uşaqlı valideynlər, hamilə qadınlar, yaşlı şəxslər, xalçaları əldətoxuma və ipək olan müştərilərimiz istifadə edirlər.

Ətraflı

Matrasların yuyulması

Matraslarınız peşəkar personallarımız tərəfindən yerində yuyularaq təmizlənir

Ətraflı

Odeyal, pled, örtüklərin yuyulması

"Pak Xalça" təmizlik şirkəti sintefon yorğan-döşəklərin, ədyal, pled və pokrıvalların yuyulma xidmətini həyata keçirir. Hər növ yataq dəstləri personallarımız tərəfindən ünvanınızdan götürülərək yüksək keyfiyyətlə yuyulub, qurudulub ətirlənərək paket şəklində ünvanınıza təhvil verilir. Yuyulma kodlaşma sistemi ilə aparılır və hər müştəriyə özəl olaraq yanaşılır.

 

Təmizliyə zəmanət veririk.

Ətraflı

Kovrolitlərin yuyulması

Kovrolitləri yerində yuma xidmətimiz təkcə xalçanıza deyil, eyni zamanda ofisinizə də təmizlik və təravət bəxş edir.

Ətraflı

Müştəri rəyləri

Pak Xalça
Pak Xalça
Adətən bir saat ərzində cavab verir
Salam 👋
Sizə necə kömək edə bilərik?
18:59
+994504946666
×
Sualınız var?