-
-
Zəng edin
-
Azərbaycan, Bakı, Xətai, Mingəçevir küç.40
Bugün sizlər üçün Azərbaycanda xalçaçılıq sənətinin tarixi haqqında araşdırdırdıq. Bəlkə də hər birimizin evinin bir parçası olan xalçanın tarixi neçənci illərə, hansı mənbələrə dayanır? Gəlin tarixi ənənəmiz haqqında oxuyaq.
Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ bizim eradan əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl V-VI yüzilliklərdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır. Azərbaycanın ərazisində Gültəpəqazıntıları zamanı bizim eradan əvvəl III-IV yüzillikdə xalçaçılıqda işlədilən alətlər, boyaq maddələrinin izləri aşkara çıxmışdı.
Xalçaçılıq sənəti Azərbaycanın ən qədim və məşhur xalq sənətləri növlərindən biridir. Xalça sənəti Azərbaycanda çox qədim tarixə malikdir. Bugünkü İran ərazisində (Maku şəhəri, Urmiya gölü) arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif heyvanları təsvir edən çulla bəzədilmiş fiqurlar və rəsmlər bunu sübut edir. Arxeoloqlar Mingəçevirdə III-VIII əsrlərə aid katakomba qəbirlərdən palas, xalça qalıqları və xalça toxunması alətləri aşkar etmişdirlər. Azərbaycan xalçaları həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə müxtəlif qruplara bölünür. Xalçaların adları istehsal olunduqları yerlərin adı ilə bağlıdır. Azərbaycan xalçaçılıq sənəti şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Bakı, Gəncə, Qarabağ, Təbriz, Şirvan və Qazax xalçaçılıq məktəbləri.
Xalça insanları birləşdirirdi, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayırdı. Çoxsaylı və müxtəlif funksiyaları özündə birləşdirən Azərbaycan xalçası bütün praktiki mənaların cəmindən daha artıq əhəmiyyət kəsb edirdi. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növ müxtəlifliyi deyildi; onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır.
Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.
Azərbaycan xalçaları Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini - səmanın maviliyini və meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlığını, qarlı zirvələrin bəyazlığını əks etdirir. Bu xalçalarda qırmızı nar dənələrinin və qızılı heyvanın, sarı zəfəranın və kəhrəba üzümün rəngləri ecazkar bir şəkildə qovuşmuşdur. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlıqı ilə fərqlənir.
Tarixi mənbələrdəki məlumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunmuşdur. X əsrə aid (982-ci il) "Hüdud-əl-Aləm" əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, o cümlədən Muğan öz çuvalları və palazları ilə məşhur olmuşdur; Naxçıvan, Xoy və Salmaz şəhərləri öz zililəri, xalçaları və toxuculuq məmulatı ilə Ərdəbil və Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.
Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.
Təəssüflər olsun ki, son dövrlərdə Azərbaycan xalçaları dünya muzeylərində bəzən "Qafqaz", "İran" xalçaları adı ilə nümayiş etdirilir.
Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır. Azərbaycanda xalça sənəti növlərinin yaranması, inkişafı çox qədim tarixə malikdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Müxtəlif rəng çalarlarına malik Gəncə xalçaları isə hər zaman özünəməxsus üslüb ilə fərqlənib. Həmin xalçalar ki, adı Qarabağ atları ilə qoşa çəkilib, xaricə göndərilib, sərgilərdə həmişə yüksək yerlər tutub, gələn qonaqlara qiymətli hədiyyə kimi təqdim edilib. Qərb regionunun təbiətinin də zəngin və rəngarəng olması bölgədə xalçaçılığın inkişafında əvəzsiz rol oynayıb. Belə ki, Gəncə xalçalarını digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də onların toxunmasında əsasən təbii xammal və boyaq məhsullarından istifadə olunmasıdır. Gəncə-Qazax zonasında xalçalar əsasən yundan toxunduğundan seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçüsü isə 3 kv. m, 1.5x 2(2.5) sm olur. 5-7 rəngdən istifadə edilən bu xalçalarda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir. Vaxtı ilə ipəkçiliyin inkişaf etdiyi Gəncədə ipəkdən toxunulan xalçalar öz gözəlliyi ilə insanı valeh etməyə bilmir. Gəncə-Qazax xalçalarında ilmələrinin sıxlığı bu cürdür: 10 sm-də 25-30, 28-35 ilmə.
Xalça dəyərdir, xalça adət-ənənədir, xalça bizim xatirələrimizdir. Hər gün fabrikimizə yüzlərlə xalça gəlir. Açığını desək qurutma otaqlarımız rəsm qalereyasından fərqlənmir. Siz burada cürbəcür sənət əsərləri görə bilərsiniz. Belə gözəl əsərləri bizə əmanət etdiyiniz üçün təşəkkür edirik. Növbəti bloqda görüşənədək :)
Zəng edin
Email göndər
1 Şərh
Sunay
Xalça toxuyan maşın nə vaxt yaranıb?